Futbolda maraqlı olay - Video

Honduras çempionatının V turu çərçivəsində baş tutan "Olimpiya" - "Motaqua" (2-2) oyununun son dəqiqələrində maraqlı hadisələr yaşanıb. 
 
Meydan sahibləri oyunun 90-cı dəqiqəsində hesabı bərabərləşdirməyə nail olublar. Həmin hücum zamanı azarkeşlərdən biri özünə məxsus topla meydana daxil olub.

O, hesab bərabərləşən anda, öz topunu da qapıdan keçirməyə nail olub. 

Həmin anın videogörüntüsünü təqdim edirik:/qafqazinfo.az/
 

MediaFax