Flora Kərimova İlhamədən nələr danışdı?

Flora Kərimova İlhamə Quliyevanın ölüm səbəblərindən danışdı

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişəndən sonra onun əmlakı və zəhərlənməsi məsələsinə dair uzun uzadı müzakirələr davam etdi. Əslində hələ də sözügedən məsələlərlə bağlı müzakirələr gündəmi tərk etməyib.

Uzun müddətdir İlhamə Quliyeva ilə müxtəlif məhkəmə çəkişmələri yaşayan, konfliktlərdə olan xalq artisti Flora Kərimova isə hər şeyin süni olduğu iddiası ilə çıxış edib. O, İlhamənin bütün həyatının kiməsə acıq vermək üstündə qurulduğunu deyib:

"Onun hər şeyi, milyonları var idi deyirlər. Hər şey süni idi. Mən bir az da insanlara təəccüb eləyirəm. Ümumiyyətlə İlhaməyə inanmaq olardımı?.. Siz bilmirsiniz, o elədiklərini eləməsəydi hələ çox yaşayacaqdı. Onun bağrı qorxusundan partladı. Mən o yarılanda gördüm nə vəziyyətdfə olduğunu”./bizimyol.info/
 
MediaFax