Fidel Kastronun vəsiyyəti açıqlanıb

Noyabrın 25-də dünyasını dəyişən Kubanın sabiq lideri Fidel Kastronun külü bu gün torpağa basdırılıb. 

İnqilab liderinin qardaşı Raul Kastro ictimaiyyətə Fidelin vəsiyyət xarakterli qadağalarını çatdırıb. Bu qadağalar təbii ki, idarəetmə və dövlətçilik çapında qərarlar deyil, birbaşa Fidelin öz adı ilə bağlıdır. 

Fidel Kastro Kuba xalqını onu sabiq inqilabçı yoldaşı Çe Gevara kimi qəhrəman deyil, xalqın sadə bir nüməndəsi kimi görməsini istəyib./moderator.az/

MediaFax