Fidel Kastro son mənzilə də SSRİ maşını ilə getdi - VİDEO + FOTOLAR

Kuba inqilabının lideri Fidel Kastro SSRİ istehsalı olan əfsanəvi "UAZ-469” markalı avtomobildə  son mənzilə yola salınıb.
 
"Rossiyskaya qazeta”nın verdiyi xəbərə görə, Kastronun külü dəfn olunması üçün avtomobillə Santyaqo-de-Kuba şəhərinə yola salınıb. Dəfn mərasimi dekabrın 3-də keçiriləcək.   
 
 Kubada çox populyar olan "UAZ” markalı avtomobil dörd gün ərzində 400 kilometrdən çox məsafəni qət edəcəyi dövrdə yüz minlərlə insan Fidel Kastro ilə vidalaşacaq.
 
 









MediaFax