Fəhlələri belə xilas etdilər - Video

Bakıda çoxmərtəbəli binanın fasadında təmir işləri aparan ustalar 11-ci mərtəbədə köməksiz vəziyyətdə qalıblar.

Hadisə Xətai rayonu ərazisində, Xudu Məmmədov küçəsindəki 22 saylı binada baş verib.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xiıasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Məlum olub ki, yaşayış binasında asma troslarla divarboyu hərəkət edən platformada dayanaraq, binanın səthini rəngləyən 1973-cü il təvəlüdlü Əzizov Elşən Hüseyn oğlu və 1975-ci il təvəllüdlü Əhmədov Teypur Bəxtiyar oğlu elektrik enerjisinin kəsilməsi üzündən 11-ci mərtəbə səviyyəsində köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər binanın 12-ci mərtəbəsindəki mənzildən alpinist ləvazimatları ilə platformadakı hər iki fəhləni xilas ediblər. Fəhlələr 12-ci mərtəbədəki mənzilə qaldırılıblar./musavat.com/
 

MediaFax