Eyni kənddən iki nəfər dəm qazından zəhərləndi

Tovuzda iki nəfər dəm qazından zəhərlənib.
 
Onların hər ikisi rayonun Əyyublu kəndinin sakinləridir.
 
1998-ci il təvəllüdlü Sarıyeva Günel Arzu qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. O, Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib.
 
Analoji hadisə 1996-cı il təvəllüdlü Musayeva Xəyalə Arzuman qızının yaşadığı evdə də baş verib. X. Musayeva da xəstəxanaya yerləşdirilib.
 
Hər ikisinin vəziyyətinin normal olduğu bildirilir./APA/

MediaFax