Əsədin döyüşçüsü Türkiyəni hədələdi

"Türkiyə Suriyanın Hələb əyalətinin şimal və şərq hissəsindəki mövqelərimizə yaxınlaşarsa, bu ölkəyə qarşı güc tətbiq edəcəyik".

Haberturk xəbər verir ki, bunu Suriyadakı Bəşər Əsəd rejimini dəstəkləyən güclərin komandiri bildirib.

İnformasiyaya əsasən, bu haqda  yazılı açıqlama "Reuters"ə göndərilib.

"Anadolu" agentliyinin məlumatına görə, ötən gecə Əsəd rejiminə aid helikopter müxalifətin (Suriya Azadlıq Ordusu) Tall Nayif bölgəsindəki mövqeyini bombalaması nəticəsində müxalifətin 2 döyüşçüsü həlak olub, 21-i isə yaralanıb, 7 avtomobil yarasız hala düşüb./report.az/

MediaFax