Ermənilərin hərbi maşını Qafanda qəzaya düşdü - 26 yaralı var

Ermənistanda "Ural” markalı hərbi avtomobil qəzaya uğrayıb.
 
APA-nın "tert.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Qafan rayonu ərazisində baş verib.
 
Qəza nəticəsində 26 hərbçi xəsarət alıb. Onlar hospitala yerləşdirilib.
 
Ölənlər haqqında hələlik məlumat verilmir. 

MediaFax