Ərdoğanın kürəkəni ABŞ-ı günahlandırdı

Türkiyənin Energetika, yanacaq və təbii ehtiyatlar naziri, prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak bildirib ki, ölkənin energetika sisteminə kütləvi kiberhücumlar ABŞ ərazisindən edilib.

Xəbəri A Haber telekanalı yayıb.

"Bizdə təkzibedilməz faktlar var ki, bu kiberhücumların mənbəyi ABŞ-dır. Bizim energetika sistemimizə bütün hücumlar bu dövlətin ərazisindən həyata keçirilib. Bizim mütəxəssislərimiz bu hücumların qarşısını almaq üçün zəruri tədbirlər görürlər”, - deyə türk nazir telekanalın efirində bildirib./virtualaz.org/

MediaFax