Ərdoğanın çağırışına qeyri-adi dəstək - Video

Türkiyənin Konya şəhərinin Halkapınar rayon Bələdiyyəsinin sədri Fahri Vardar, prezident Rəcəb Tayyib Ərdoğanın "dollarınızı qızıl və lirəyə dəyişin" çağırışına, qeyri-adi formada dəstək verib. 

Sputnik Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə sədri öz işçilərinə, evlərində saxladıqları dolları lirəyə dəyişəcəkləri təqdirdə, işə gəlməmək izni verəcəyini bəyan edib.

Fahri Vardar bununla əlaqədar bələdiyyə işçiləri ilə birgə toplantı təşkil edib. Yığıncaqda, "Dəyiş valyutanı, al mükafat icazəsini" adlı kampaniya keçirdiklərini deyən bələdiyyə sədri, 100-500 dollar məbləğində vəsait dəyişənə 2 gün, 500-1000 dollar dəyişənə isə 5 gün icazə verəcəyini söyləyib. Sədr əlavə edib ki, 1000 dollardan yuxarı valyutanı dəyişənə isə 1 həftə müddətinə işdən icazə veriləcək.


MediaFax