Ərdoğan ona “ayıbdır” dedi - Video

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu tənqid edib.
 
Partiya liderinin dünən keçirilən 2016-2017-ci il Ədliyyə İlinin açılış mərasimi ilə bağlı dediyi sözlərə toxunan prezident təəssüfləndiyini bildirib:
 
"Mən o sözləri dinləməmişəm. 7 avqustu yaşamış (Yeniqapı mitinqi nəzərdə tutulur – red) bir partiya rəhbərinin dediyi sözləri ona yaraşdırmıram. Bəy görmək istədiyini danışır, çox ayıbdır. Təəssüf edirəm”.
 
Xatırladaq ki, Kamal Kılıçdaroğlu dünən keçirilən mərasimi "üz qarası” adlandırıb./axar.az/
 

MediaFax