Ərdoğan Klintona “təcrübəsiz” dedi

Türkiyə prezidenti Rəcəb Tayyib ABŞ prezidentliyinə namizəd Hillari Klintonu "təcrübəsiz" adlandırıb.
 
Trampla debatlar zamanı Klintonun kürdlərə silah vermək planlarını açıqlaması Ərdoğanı narazı salıb.
 
"Klintonun açıqlamasını çox uğursuz sayıram. O təkrar edir ki, YPG və PYD-dən olan terrorçuları dəstəkləyəcək. Bu yumşaq desək, çox uğursuz açıqlamalardı. Şəxsən hesab edirəm ki, hər şey siyasi təcrübəsizlikdən qaynaqlanır. Regionda başqa reallıqlar olduğu üçün belə açıqlamalar vermək lazım deyil”./modern.az/

MediaFax