Ərdoğan “3 milyard avro” söhbətinə qayıtdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üç milyard borcu xatırladıb.

O, bu barədə Almaniyanın ARD telekanalına verdiyi müsahibədə bildirib.

Ərdoğan Ankaraya indiyə qədər mühacirlərin qəbul edilməsi, yerləşdirilməsi və təminatı üçün üç milyard avronu verməyən Aİ-dən gileylənib.

"Biz yalnız kiçik məbləğlər almışıq”, - Ərdoğan bildirib.

O, həmçinin xatırladıb ki, Türkiyə üç milyon qaçqın qəbul edib və onlara 12 milyard avro xərcləyib.

"Biz öz vədimizi yerinə yetiririk. Bəs avropalılar?”, - Ərdoğan sözlərinə əlavə edib./oxu.az/

MediaFax