“Ərazilərin qaytarılmasına hazırlaşın” - İrəvanda məxfi tapşırıq

"Məndə məlumat var ki, vəziyyət olduqca ciddidir. Sizi əmin edirəm, bütün strukturlara xüsusi tapşırıq verilib ki, ərazilərin qaytarılmasına hazırlıq görsünlər".

Bu sözləri İrəvanda avqustun 12-də Qarabağ mövzusunda keçirilən dəyirmi masada erməni hüquq müdafiəçisi Avetik İşxanyan deyib. Lakin o, məlumatı hansı mənbələrdən aldığına dair əlavə heç nə deməyib. İxşanyan hamını "ərazilərin qaytarılması planına müqavimət göstərməyə" çağırıb. Məlumatı "Aravot" qəzeti yazıb.
 
 

Son vaxtlar Ermənistanda hakimiyyətin Dağlıq Qarabağ ətrafındakı rayonların bir neçəsini Azərbaycana qaytarmağa hazırlaşdığına dair kampaniya aparılır./virtualaz.org/

MediaFax