Elnur Aslanov Azərbaycandan gedib? - Yenilənib

12:49  
 
Vaxtilə adı Gülən camaatı ilə əlaqədə hallanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov ölkədən gedib.
 
E.Aslanov məzuniyyətə çıxıb və məzuniyyətdən sonra vəzifəsinə geri qayıtmayacaq.  
 
Nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsi faktı təsdiqləyib:
 
"Elnur Aslanov bir həftə əvvəl öz istəyi ilə məzuniyyətə çıxıb. Məzuniyyət dövrünün nə qədər davam edəcəyi və onun ölkədə olub-olmadığını bilmirik. Ola bilsin ki, sentyabrda işə qayıtsın, ola bilsin ki, məzuniyyət müddəti uzansın. Bu barədə dəqiq məlumatımız yoxdur”.
 
Qeyd edək ki, E.Aslanov 19 dekabr 2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilib. Adı Gülən camaatna xidmətdə hallanan E.Aslanov 17 mart 2014-cü ildə vəzifəsindən azad edilib.
 
Bir müddət əvvəl isə onun FETÖ lideri Fətullah Gülənə yazdığı məktub üzə çıxmışdı.
 
E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur./axar.az/
 
-----------
17:26 
 
Bu gün, avqustun 23-də, ölkə kütləvi informasiya vasitələrinin əksəriyyəti Prezident administrasiyasının keçmiş şöbə müdiri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırkı məmuru Elnur Aslanovun ölkədən qaçması barədə məlumat vermişdi.
 
Məmurun qaçışını bir çox nəşrlər onun nurçu sekta ilə əlaqələri ilə izah edirdilər.
 
Əməkdaşımız Elnur Aslanovla əlaqə yarada bilib və məlum olub ki, o, Bakıda və məzuniyyətdədir. Elnur Aslanov KİV-də yayılmış yanlış informasiyanı belə şərh edib:
 
"Yay fəslinin üstünlüklərindən istifadə edərək, qanunla nəzərdə tutulmuş məzuniyyətdəyəm və onu ailəmlə birlikdə keçirirəm. Şübhəsiz ki, məzuniyyət bitən kimi işə çıxacağam”./virtualaz.org/
 
MediaFax