Elçin Zahiroğlu baş redaktorluqdan getdi

Uzun müddətdir AzNews.az saytının baş redaktoru vəzifəsində çalışan Elçin Zahiroğlu tutduğu postdan istefa verib.  

Saytımıza daxil olan məlumatı Elçin Zahiroğlunun özü də təsdiqləyib, lakin səbəblər barədə danışmayıb.  

AzNews.az 2012-ci il avqustun 1-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayıb.  Elçin Zahiroğlu həmin ilin dekabrından bu günə qədər saytın baş redaktoru olub.

Bu, saytın rəhbərliyindəki ikinci istefadır./modern.az/

MediaFax