Çəkdiyi toyların görüntüləri itdi... - Video

El şənliklərinin çəkilişi və montajı ilə məşğul olan Tovuz sakini noutbukunu itirib.

Hansı ki, həmin noutbukda 6 toyun videosu var idi.

İllərdir montajçı-operator olan Vasif Manafov noutbuku Tovuzun Sarı Tala kəndinə toy çəklişinə gedərkən itirib.

Bu hadisə Vasif Manafovun başına sentyabrın 11-də gəlib. Çətin durumda olan 34 yaşlı Vasif Manafov bəzi toy sahiblərinin ondan çəklişi tələb etdiklərini, bəzilərin isə hələ ki, gözləmə mövqeyində olduğunu deyir.

Kompyuterin axtarışları davam edir. Bu məqsədlə həmin əraziyə gedən yola elanlar da vurulub.

İtən əşyada olan toy şənlikləri Tovuzun və Gədəbəyin dağ kəndlərində lentə alınıb. İlk dəfədir belə hadisə ilə üzləşən Tovuz sakini noutbuku tapan şəxs və şəxslərdən onu sahibinə təqdim etməyi qarşılığında mükafat verəcəyini bildirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:/xezerxeber.com/
 

MediaFax