Əhəd Abıyev partiyanın rayon təmsilçisini tutdurdu - Video

Daşkəsən rayon məhkəməsi rayon müxalifətinin əsas liderlərindən olan, Ədalət Partiyası Daşkəsən Rayon Təşkilatının sədri Elşad Qafarovu 8 ay müddətinə həbs edərək azadlıqdan məhrum edib.

E.Qafarovun həbsinin, onun siyasi fəaliyyəti ilə bağlı olduğu deyilir. Bundan öncə isə oğlu Nəsimi Qafarov 15 sutka inzibati həbs cəzası almışdı.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elşad Qafarov Gəncə şəhərində bununla bağlı müsahibə də vermişdi. Daşkəsən şəhər icra hakimiyyətinin başçısından şikayətlənən Elşad Qafarov bildirmişdi ki, Əhəd Abıyev onu həbs etdirmək istəyir. Dəfələrlə ölkə rəhbərliyinə Daşkəsəndə baş verən korrupsiya haqqında məlumat verən və günahkarların cəzalandırılmasını tələb edən Elşad Qafarovu bundan sonra hədələməyə başlamışdılar. /strateq.az/


MediaFax