Əfsanəvi ömür yarıda qaldı... - Yenilənib

08:58 
 
Əfsanəvi britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib.
 
BBC-nin verdiyi xəbərə görə, ifaçı öz evində dünyasını dəyişib.
 
Sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara əsasən, müğənni ürək tutmasından həyatını itirib.
 
Qeyd edək ki, ikiqat "Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır./APA/
 
------------
16:46
 
Əfsanəvi britaniyalı pop ulduz Corc Mayklın ölüm səbəbi açıqlanıb.

Xarici mətbuat xəbər verir ki, 53 yaşındakı müğənninin qəflətən vəfat etməsinin səbəbi ürək çatışmazlığı olub.
 
Təcili tibbi yardım ona ilkin müdaxilə göstərsə də, həyatını xilas etmək mümkün olmayıb.
 
Xatırladaq ki, polislər pop ulduzun ölümündə heç bir şübhəli hal aşkar etməyiblər.

Qeyd edək ki, 2011-ci ildə Corc Maykl pnevmoniyanın ağır formasını keçirib./bakipost.az/
 
MediaFax