“Fətullah insanları cinlərin köməyi ilə əsir alırdı” - Dövlət rəsmisi

Ankara Böyükşəhər Bələdiyyə başçısı Məlik Gökçək CNN Türk kanalında uzun müddət müzakirə olunacaq maraqlı açıqlama verib.

Teleparıcının "Fətullah Gülən bu qədər böyük kütləni necə ələ ala bilir, onu başqalarından fərqləndirən cəhət nədir?" sualına çox qəribə cavab verib. O, Gülənin cinlərlə əlaqəsinin olduğunu iddia edib.

"Bəlkə sizə gülməli gələcək, lakin o bunu maraqlı metodla həyata keçirir. O, cinlərin köməyindən istifadə edir. Bundan sonra bir az da bu məsələyə diqqət yetirin, bunu müzakirə edin. Gülən cinlər vasitəsi ilə insanları əsir alır",- deyə Məlik Gökçək bildirib./ölkə.az/
 
MediaFax