Dünyanın ən böyük neft istehsalçısı bu ölkə oldu

Rusiya xam neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.

Bu barədə mərkəzi ofisi Ər-Riyadda yerləşən "Joint Organisations Data” şirkəti məlumat yayıb.

Rusiya 2016-cı ilin martından indiyədək neft hasilatında ilk dəfə Səudiyyə Ərəbistanını geridə qoyub. Belə ki, ötən ilin dekabr ayında Rusiyanın neft istehsalı noyabr ayına görə 29 min barel/gün azalaraq 10,49 milyon barel/gün olub. Həmin dövrdə Səudiyyə Ərəbistanının hasilatı 10,72 milyon barel/gündən 10,46 milyon barel/günə enib. ABŞ isə 8,8 milyon barel/gün neft hasilatı ilə üçüncü böyük istehsalçı olub.

Dekabr ayında Səudiyyə Ərəbistanının neft ixracı da 8,26 milyon barel/gündən 8 milyon barel/günə geriləyib./virtualaz.org/

MediaFax