Doğum azalıb, ölüm artıb...

Gəncə şəhərində yaşayan əhalinin sayı açıqlanıb.

Gəncə şəhər Statistika İdarəsindən saytımıza daxil olan xəbərə görə, verilən məlumata görə, 2017-ci il yanvar ayının 1-nə olan vəziyyətə görə, Gəncə şəhərinin əhalisinin sayı 331 367 nəfər olub. Şəhərdə əhalinin sıxlığı bir kvadrat kilometrə 2650 nəfər təşkil edib.

Gəncə şəhəri üzrə doğulanların sayı da açıqlanıb. 2016-ci il ərzində Gəncə şəhərində 3722 nəfərin doğumu və 2156 nəfərin ölümü qeydə alınıb. 

Gəncə şəhər Statistika İdarəsindən onu da bildiriblər ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə doğum səviyyəsi azalıb, ölüm göstəriciləri isə artıb.

2015-ci illə müqayisədə 2016-cı ildə əhalinin hər min nəfərinə doğulanların sayı 12,2-dən 11,3-ə, təbii artım 6,4-dən 4,8-ə enib, ölənlərin sayı isə 5,8-dən 6,5-ə yüksəlib. 
Şəhər üzrə nikaha girənləri sayı da ötən illə müqayisədə aşağı düşüb. Boşanmaların sayında isə artım baş verməyib.

Gəncə şəhərində 2016-ci il üzrə 2006 nikah və 733 boşanma qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 6,5-dən 6,1-ə, enib, boşanmaların sayı dəyişməyib yəni 2,2 olaraq qalıb./qafqazinfo.az/

MediaFax