Dostunu öldürüb çox uzağa gedə bilmədi - Həmin gün tutuldu

Ağcabədi rayon sakinini bıçaqlayaraq öldürən şəxsin kimliyi məlum olub.
 
Bu gün rayon sakini, 1971-ci il təvəllüdlü Kərimov Namiq Ramazan oğlunu bıçaqlayann Şamxal Məmmədov saxlanılıb.
 
Məlumata görə, Şamxal Məmmədov dostu Namiq Kərimovu aralarında yaranan münaqişə zəmində bıçaqlayıb.
 
N. Kərimov xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi açılıb./APA/

MediaFax