“Dollar ucuzlaşacaq” - Hərraca 150 mln. çıxarıldı

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirilən valyuta hərracına satışa 150 mln. ABŞ dolları çıxarılıb.

Bu barədə saytımıza bank dairələrindən məlumat verilib.

Mənbəyə görə, hərrac nəticəsində dolların sabaha olan rəsmi məzənnəsinin bir qədər də ucuzlaşacağı, kommersiya banklarında dolların alış məzənnəsinin rəsmi məzənnədən də aşağı düşəcəyi gözlənilir./report.az/

MediaFax