Banklar dolları 1.65 manatdan da baha satır

Dolların rəsmi məzənnəsinin qalxması ilə bağlı olaraq banklar da alış və satış kursunu qaldırırlar 

Bu gün (02 avqust 2016) dolları ən yüksək qiymətə alan bank Bank of Bakudur. Bank of Baku 1 dolları 1.6300 manatdan alır, 1.6430 manatdan satır.

Dolları ən yüksək qiymətə satan banklar isə Yapı Kredi Bank Azərbaycan (1.6517), AgBank (1.6510), AccessBank (1.6500), AFBank (1.6500) və CDB Bank-dır (1.6500).

Dolları ən aşağı qiymətə satan banklar isə Naxçıvanbank (1.63 manata) və PAŞA Bankdır (1.6370 manata).

Qeyd edək ki, Mərkəzi Bank 02 avqust 2016-cı il tarixi üçün rəsmi USD/AZN məzənnəsini 1.5883 manat səviyyəsində elan edib./politika.az/

MediaFax