Dini lider əməliyyat edildi

Gürcüstanın Katolikos patriarxı II İliya Berlin klinikasında cərrahiyyə əməliyyatı olunub.
 
"Apsny.ge" saytının verdiyi məlumatına görə, klinikanın cərrahı Martin Ştrik jurnalistlərə açıqlamasında bildirib ki, II İliya özünü yaxşı hiss edir.
 
Qeyd edək ki, fevralın 9-da Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Berlində müayinə olunub. II İliyanın sidik kisəsində bu gün cərrahiyyə əməliyyatı aparılıb.
 
O, müalicə üçün fevralın 2-də Berlinə gedib./APA/

MediaFax