Dəhşətli qəzanın günahkarı pilotdur?

İlkin ehtimala əsasən, Bişkek yaxınlığında təyyarə qəzası pilotun səhvindən baş verib.
 
Bunu Qırğızıstanın baş nazirinin müavini Məhəmmədkali Abulqaziyev deyib.

Təyyarənin məxsus olduğu aviaşirkətin açıqlamasında isə qəzaya səbəb kimi texniki problemlər göstərilir.
 
Qeyd edək ki, Qırğızıstan prezidenti Almazbek Atambayevin Çinə səfərini təxirə saldığı bildirilir.
 
Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.
 
Hadisə zamanı 37 nəfər həlak olub./modern.az/

MediaFax