Dəhşətli qəzadan son anda qurtuldular

Güman edildiyinə görə, NATO ölkələrindən birinə məxsus olan hərbi təyyarə ötən gecə Rusiyanın Saxalindən Kuril adalarına uçan "Bombardier” sərnişin təyyarəsi ilə təhlükəli məsafəyə yaxınlaşıb.

"İnterfaks” xəbər verir ki, hadisə barədə güc strukturlarındakı mənbə məlumat verib.

Yaxınlaşma təyyarə yerdən təxminən 6 kilometr məsafədə olduğu zaman baş verib. Sərnişin təyyarəsinə yaxınlaşmış hərbi hava gəmisi yerdəki dispetçerlərin çağırışlarını cavabsız qoyub.

Mənbə əlavə edib ki, hərbi təyyarə sərnişin təyyarəsinin marşrutunu kəsən xətt üzrə hərəkət edirmiş və bu səbəbdən, mümkün toqquşmanın qarşısını almaq məqsədilə mülki hava gəmisinin təcili olaraq hündürlüyü dəyişərək bir qədər enməsi barədə qərar qəbul edilib.

Naməlum təyyarənin radiolokasiya siqnalını müəyyən etmək mümkün olub – beynəlxalq təsnifata görə, hava gəmisi NATO blokunun təyyarələrinə aiddir.

Hadisə ilə bağlı rəsmi şəxslər hələlik şərh verməyiblər./virtualaz.org/

MediaFax