Daha bir məşhur futboldan gedir

Almaniya millisinin və "Bavariya"nın müdafiəçisi Filipp Lam bu mövsümün sonu futbolçu karyerasını başa vuracaq.
 
Almaniya mətbuatının yaydığı xəbərə görə, bu barədə 33 yaşlı oyunçunun özü məlumat verib. O, "Bavariya"nın klubda hər hansı vəzifədə çalışmaq barədə təklifini müsbət cavablandırmadığını da bildirib.

Qeyd edək ki, F.Lam "Bavariya" ilə 501 matçda iştirak edib./qol.az/

MediaFax