Canlı yayımda intihar etdi - Foto

ABŞ-ın Mayami şəhərində yaşayan 14 yaşlı Nekiya Venan adlı qız "Facebook” sosial şəbəkəsində canlı yayım funksiyasından istifadə edərək, intiharını dostlarına nümayiş etdirib.

"Daily Mail” nəşri xəbər verir ki, qız yaşadığı mənzilin vanna otağında özünü asaraq intihar edib.

Onun bu hərəkətini izləyən dostları xilasedicilərə zəng vurub kömək istəyiblər. Lakin ünvan dəqiq olmadığından, xilasedicilər gecikib və qızı vanna otağında asılmış vəziyyətdə aşkar ediblər.

Nekiya Venanın övladlığa götürüldüyü ailədə yaşadığı bildirilir. İntiharın səbəbi haqda məlumat verilmir./virtualaz.org/

MediaFax