“Bu savaş bitməz!” - Xəbərdarlıq

"Bəziləri  soruşurlar ki, Rusiya və Əsəd gücləri  Hələbi ələ keçirərsə nə baş verər? Ruslar və Əsəd düşməlidir ki, bu, müharibə qurtarmaz. Bu müharibə siyasi bir çözüm olmadan bitməz”.

Avropa.info xəbər verir ki, bunu ABŞ  dövlət katibi Con Kerri deyib. Kerri bildirib ki. Suriyada siyasi həll olmadan savaş bitməyəcək.

"Lozannada bu məqsədə necə nail olacağımız barədə səmimi söhbət etdik. Ruslar və iranlılar da burada idi. Ancaq bu çətin görünür. Bəziləri  soruşurlar ki, Rusiya və Əsəd gücləri  Hələbi ələ keçirərsə nə baş verər? Ruslar və Əsəd düşməlidir ki, bu, müharibə qurtarmaz. Bu müharibə siyasi bir çözüm olmadan bitməz. Hələbi ələ keçirsələr belə, bu müharibənin əsas funksiyasını dəyişdirməyəcək. Çünki digər ölkələr müxalifəti dəstəkləməyi davam etdirəcək.

MediaFax