Bu rayonda tikinti materialları bahalaşıb - Video

Şəkidə yerləşən tikinti bazarlarında qiymət artımına alıcılar öz narazılığını bildirir.

Hər il bu fəsildə tikinti materiallarının qiymətində artım müşahidə olunur. Buna əsas səbəb də bu aylarda həmin məhsullara təlabatın çox olmasıdır. 

Əsas artım dəmir, sement  və taxta məmulatlarında özünü göstərir. Hazırda dam örtükləri ölçüsünə görə 12-40 manat, sementin 50 kq-ı 5-6 manat arasında arasında dəyişir. Taxtanın qiyməti isə 10 qəpik bahalaşıb.

Dünyada gedən iqtisadi böhran ölkənin tikinti bazarından da yan keçmir. Alıcıların sözlərinə görə dünən aldığı malı bu gün həmin qiymətə tapa bilmirlər.

Alıcı: "Bu günki real qiymətlər bizi qane eləmir. Çünki qiymətlər günü gündən qalxır. Hər 1 torba smenti 10 qəpik-20 qəpik qaldırırlar. Görün bu tonda nə qədər edir".

Satıcıların sözlərinə görə, qiymət artımı, payız fəslinin ilk aylarına kimi davam edəcək. Qış aylarında isə qiymətlər nisbətən aşağı düşəcək.

Satıcı: "Hazırda taxtanın kubu 260 manatdır. Keçən il ilə bu ilin arasında çox fərq var . Rusiyanın dəmiri listi 8.5 AZN - dir"./ARB TV/
 

MediaFax