Olimpiya millimiz Rioya yola düşür

Azərbaycanın olimpiya milli komandası 31-ci Yay Olimpiya Oyunlarında iştirak etmək üçün bu gün Braziliyanın Rio-de-Janeyro şəhərinə yola düşəcək.
 
Nümayəndə heyəti Braziliyaya çarter reysi ilə gedəcək. İdmançıların yolasalma mərasimi saat 22.00-da Heydər Əliyev adına Beynəlxalq Hava limanında olacaq.

Mərasim "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Rio olimpiadası avqustun 5-də başlanacaq./qol.az/

MediaFax