Bu da Şeyxin qudasının dəbdəbəli sarayı... - Fotolar

Tanınmış bloqer Mehman Hüseynov facebook sosial şəbəkəsindəki profilində keçmiş deputat Qalib Salahzadənin dəbdəbəli villasının şəkillərini paylaşıb.
 
MediaFax-ın məlumatına görə, bloqer statusda bu fikirləri yazıb:

"Elə bilirsiz bura hansısa Ərəb şeyxin sarayıdır?! Xeyr, bura Şeyx Allahşükür Paşazadənin qudası, 27 dəfə Həccə gedən eks-deputat Hacı Qalib Salahzadənin villasıdır. 
 
Deputatın aldığı maaşla mümkündürmü belə bir saray tikmək? Gərək 100 il deputat olasan ki, halal maaşınla bu sarayın heç olmasa, divarını tikəsən..." (status ixtisarla verilib)



MediaFax