Bir daha ANS TV-nin tezliyi barədə - Məhərrəmli danışdı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkəməyə müraciət etməsinə münasibət bildirib.
 
N.Məhərrəmli bildirib ki, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ ona uyğun hərəkət edəcək.
 
N. Məhərrəmli bildirib ki, ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmə qərarından sonra baxıla bilər.
 
ANS TV-nin tezliyinin "Günəş” TV-yə veriləcəyi barədə məlumatlara da münasibət bildirən MTRŞ sədri bu məsələnin gündəmdə olmadığını deyib: "Hazırda "Günəş” TV öz tezliyində yayımlanır, digər tərəfdən "Günəş” TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin "Günəş” TV-yə aidiyyəti yoxdur. Ancaq məhkəmə qərar verəndən sonra tezlik məsələsinə baxıla bilər”.
 
N. Məhərrəmli yeni televiziya kanalının açılmasının gündəmdə olmadığını da bildirib./APA/

MediaFax