Binəqədidə güclü yanğın - 2 ev kül oldu

Bakının Binəqədi rayonunda (bir dam altında tikilmiş, 2 mənzildən ibarət) vətəndaşlara məxsus, ümumi sahəsi 142 m2 olan mənzillərin yanar konstruksiyaları və dam örtüyü 40 m2 sahədə, digər vətəndaşa məxsus 160 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 70 m2 sahədə yanıb.
 
FHN-in saytının verdiyi məlumata görə, evlərin qalan hissələri yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

MediaFax