Binanın qarşısında qadını qarət etdilər - Bakıda

Bakının mərkəzində 29 yaşlı qadına qarşı soyğunçuluq edilib.
 
Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, hadisə Bülbül prospekti ev 30-un qarşısında Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Bəhruz Məmmədov Günel Rəcəbovanın əlindən içərisində 270 manat, 130 ABŞ dolları, 50 Avro və mobil telefon olan pul kissəsini alıb qaçıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları B.Məmmədovun tutulması istiqamətində araşdırma aparır./report.az/

MediaFax