Bina yandı - Yaralılar var

Sumqayıtda yaşayış binasında yanğın olub.
 
Yanğın nəticəsində dördmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 2 p.m kabel yanıb. Yanğın zamanı 1 nəfər bədən xəsarəti, 2 nəfər isə tüstüdən zəhərlənmiş halda aidiyyəti üzrə təhvil verilib.
 
Həmçinin 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb./APA/

MediaFax