Beyində gizli zonalar tapıldı

Vaşinqton Universitetinin alimləri insan beyninin genişmiqyaslı xəritəsini tərtib ediblər.
 
Tədqiqat nəticəsində beynin müxtəlif funksiyalarını yerinə yetirilməsinə cavabdeh olan 100 zona müəyyən edilib. 
 
 
Alimlər "xüsusi tədqiqat üçün  210 könüllünün beynini skanerdən keçiriblər. Tədqiqat zamanı müxtəlif funksiyaları həyata keçirən və hələ də elmə məlum olmayan zonalar müəyyənləşib. 

Alimlərin kəşfi insanın sinir sistemində gedən proseslərin anlaşılması baxımından son dərəcə əhəmiyyətlidir. Baş beyin xəstəliklərinin çoxunun səbəbləri haqqında sualların cavabı hələ də yoxdur. Müasir təbabət şizofreniya, autizm, epilepsiya və demensiyanı, demək olar ki, müalicə edə bilmir, bu xəstəliklərin yalnız bəzi əlamətlərini yüngülləşdirir./moderator.az/
 
MediaFax