“Bəy Mamed”in binalarını sökəcəklər

Bayıl qəsəbəsində əvvəllər çirkli neft sularının toplaşdığı bataqlıqların üzərinə torpaq töküb qurudulması ilə inşa edilən hüdürmərtəbəli binalar söküləcək.

Məlumata görə, ölkəmizdə keçirilmiş 1-ci Olimpia oyunları öncəsi bu binalar milyonlarla vəsait xərclənərək yüksək arxitektura qaydalarına uyğun şəkildə üzlənilib. Əslən Şərur rayonundan olan, "Bəy Mamed” kimi tanınan iş adamının tikdirdiyi bu 5 mərtəbəli binaların demək olar ki, özülü bataqlıqlar üzərindədi.
 
Binaların zaman keçdikcə çökdüyü qeyd edilir. Şəhərin ən gözəl sahəsində yerləşməsinə baxmayaraq bu yaşayış kompleksində demək olar ki, mənzillər sahibsizdirlər.Bu kompleksdən mənzillər alanlar isə, sonradan evlərini ya şirkətə geri qaytarıblar, ya da başqalarına satıblar.

Son aldığımız məlumata görə, "Bəy Mamed”in milyonlar sərf edib inşa etdiyi bu yaşayış kompleksi tamamilə söküləcək./vətəninfo.az/
 


MediaFax