Bəxtiyar Hacıyev ölkədən çıxa biləcəkmi? - Yenilənib

19.09.2016 
10:24 

Tanınmış bloqqer, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev bu gecə ölkə xaricinə getmək istəyərkən aeroportda saxlanılıb və ona, ölkədən çıxmasının yasaq olduğu bildirilib.

Bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb. B.Hacıyevin statusunu təqdim edirik:

"Ölkədən çıxışıma qadağa olduğunu deyib buraxmırlar məni hava limanından. ATƏT-in HDIM illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir. Gözləyirəm hələ görək, axırı nə olur?"

Daha sonra B.Hacıyev məsələnin mabədi haqda məlumat verərək yazıb ki, onu ölkədən buraxmayıblar və bu barədə heç bir məlumat verməyiblər: "Nəyə nail olmaq istəyirlər, nə etmək istəyirlər? Səhər açılsın görək..."/musavat.com/
 
----------------
20.09.2016 
17:03
 
Tanınmış siyasi fəal Bəxtiyar Hacıyevin ölkəıni tərk etməsinə qoyulan əngəl aradan qalxıb.
 
İki gün öncə ATƏT-in tədbiri üçün Varşavaya getdən zaman hava limanından geri qaytarılan gənc fəal artıq istədiyi zaman ölkə xaricinə səyahət edə biləcək.
 
Bu barədə Bəxtiyar hacıyev özü məlumat yayıb.  

Onun sosial şəbəkədə yaydığı statusu təqdim edirik: "Daxili İşlər Nazirliyindən zəng edib, ölkədən buraxılmamağımla bağlı qadağanın "texniki səhv" olduğunu, artıq ölkədən gedə biləcəyimi bildirdilər. Çox pis hissdir, qadağanın götürülməsinə sevinməklə Varşavadakı tədbirə vaxtında gedə bilməməyə görə üzülmək bir-birinə qarışıb"./musavat.com/

MediaFax