Bəxtiyar Hacıyev saxlanıldı

Polis tanınmış ictimai fəal Bəxtiyar Hacıyevi saxlayıb.
 
O, bu barədə özünün Facebook səhifəsində yazıb: 

"Dünən mübahisə edib, söyüş söyən yol polisi ilə münaqişə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci Polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır”.

B.Hacıyev hazırda 27-ci Polis bölməsindədir. O, Facebook vasitəsilə tanıdığı vəkillərdən birini müqavilə bağlamaq üçün polis bölməsinə çağırıb./modern.az/

MediaFax