İcra başçısına qarşı etiraz - Yol bağlandı

Bərdə sakinləri etiraz aksiyasına başlayıb.
 
Aksiyaçılar hazırda Bərdə-Ağcabadi yolunu bağlayıblar.

Aksiya Bərdə rayonunun Mollalar kənd sakinləri tərəfindən keçirilir.

Onların etirazına səbəb "Azəriqaz”ın kəndə qaz verilişini məhdudlaşdırması olub. Hazırda aksiya keçirilən əraziyə polis əməkdaşları cəlb edilib. Mollalı sakinləri isə tələblərinin yerinə yetirilməsini istəyirlər.
 
X X X

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bərdə rayonunun Mustafaağalı kənd sakinləri etiraz aksiyası keçirərək, Bərdə-Ağcabədi aftomobil yolunu bağlayıblar 

Kənd sakinləri kəndə qaz çəkilişinin dayandırılmasına etiraz ediblər. Aksiyaçıların etirazı "Azəriqaz”a olub.

Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilsə də, bir müddət aksiyanı yatırmaq mümkün olmayıb. Lakin rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev sakinlərlə söhbət apardıqdan sonra aksiyaçılar dağılışıb.

Hazırda yol tamamən açılaraq nəqilyyatın hərəkəti bərpa olunub./cebhe.info/

MediaFax