Bayraq İlham Zəkiyevə həvalə edildi

Rio Olimpiadasında Azərbaycan Paralimpiya yığmasının bayraqdarı müəyyənləşib.
 
Bu missiya yenə cüdoçu İlham Zəkiyevə tapşırılıb.
 
İkiqat Paralimpiya, ikiqat dünya, 6 qat Avropa çempionu, eyni zamanda I Avropa Oyunlarının qalibi Zəkiyev 3-cü dəfə Paralimpiadada bayraqdar olacaq.
 
Qeyd edək ki, Rio Paralimpiadası 7-18 sentyabr tarixlərində keçiriləcək./apasport.az/
 
MediaFax