Bayramda doğulan uşaqlara verilən adlar - Maraqlı siyahı

Azərbaycanda bəzi şəxslər Novruz bayramında və ya bayram ərəfəsində doğulan körpələrə bayramla, yaxud yaz fəsli ilə bağlı adlar verilir.
 
Son beş ildə doğulan 321 körpəyə Bayram, 250-nə Novruz adı verilib.

2096 qız uşağına Nərgiz, 1029-na Bahar, 42-nə Təzəgül, 27-nə Yazgül, 12-nə Badam adı verilib.

Bundan başqa, son beş ildə doğulan körpələr arasında Novruzəli, Novruzağa, Bayraməli, Bayramxatun, Bayramxatın, Bayramqulu, Bayramkişi, Səməni, Nərgizxatun, Nərgizxanım, Nərgizə, Baharxanım, Bahar Damla, Bahara, Bahariyyə, Badamxanım, Şəkər, Şəkərxanım, Şəkərxan, Şəkərnaz, Şəkərbanı, Şəkərəli, Şəkəralı, İşıqsöngül kimi adları daşıyanlar da var./report.az/

MediaFax