Başına televizor düşən azyaşlı öldü - Bakıda

Bakıda azyaşlı uşaq faciəli şəkildə ölüb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə sentyabrın 3-də Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini azyaşlı Elton Hüseynovun üzərinə televizor düşüb. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

MediaFax