Baş nazir velosipedlə qaydanı pozdu, cərimələndi - Foto

Qazaxıstanın baş naziri Kərim Masimov yol qaydalarını pozduğu üçün polis tərəfindən evinə cərimə göndərilib.
 
Baş nazir velosiped idarə edən zaman yol qaydalarını pozub.
 
Məlumata görə, Qazaxıstanda "Vətəndaş polisi” adlanan ictimai təşkilat baş nazirdən Daxili İşlər Nazirliyinə şikayət edib.
 
Şikayətdə qeyd edilib ki, baş nazir Kərim Masimov velosiped sürərkən yol qaydalarını pozub.
 
Bu şikayətdən sonra Qazaxıstanın Daxili İşlər Nazirliyi baş nazirin yaşadığı ünvana cərimə məktubu göndərib.
 
Baş nazir isə həmin cəriməni aldıqdan sonra məktubu özünün "instagram” səhifəsində paylaşaraq, "qanunlar və yol qaydaları hər kəs üçün eynidir. Mənim kimi baş nazir üçün də...”, - deyə yazıb./publika.az/
 


MediaFax