Bakıda toy karvanında “avtoşluq” - Video

Bakıda daha bir toy karvanında sürücülərdən biri hoqqabazlıq edərək diqqət çəkməyə çalışıb.
 
Bakıxanov qəsəbəsində baş verən bu hadisədə "BMW" markalı avtomobilin sürücüsü şou göstərir. Avtomobillə toy karvanının qarşısında təhlükəli manevrlər edən sürücü asfaltı "yazmağa" başlayıb.

Təkərlər alovlanana qədər şou göstərən sürücünün idarə etdiyi avtomobilin üzərində dövlət nömrə nişanı yoxdur, şüşələrin hamısı tündləşdirilib, avtomobilin üzərinə isə sayrışan işıq qoyulub.
 
Həmin görüntüləri təqdim edirik:/avtosfer.az/
 

MediaFax