Bakıda gənc qız ölümdən qurtuldu, xəbəri olmadı - VİDEO

Piyada keçidi olmayan və sürət həddi yüksək magistral yola çıxan qız tələsik qarşı tərəfə keçməyə çalışıb.

Görüntülər Heydər Əliyev prospektində qeydə alınıb. Avtomobili normal qaydada idarə edən sürücü qəfil qarşısına piyadanın çıxdığını görüb. Sürücünün sayıqlığı nəticəsində baş verə biləcək qəzanın qarşısı alınıb. Ancaq maraqlısı ondadır ki, piyada avtomobilin varlığından belə xəbərsiz yoluna davam edib.

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra insanlar piyadanı tənqid edib./baku.ws/
 

MediaFax