Bakıda açıq havada kinoteatr

Dənizkənarı Milli Parkın yeni ərazisində "Aquatic Palace"ın yanında kinosevərlər üçün açıq səma altında ilk kinoteatr – Baku Open Air Cinema açılıb.
 
Burada dünya kirayəsinin filmləri, festival və artxaus kinoları, konsertlər və sürrealistik cizgi filmləri nümayiş olunacaq.

Sərinlədirici içkilər və sevimli filmləriniz açıq səma altında. Bundan gözəl nə ola bilər ki? Proqramın maraqlı olacağına söz verirlər. Gecə əyləncələrini sevənlər üçün kino nümayişi gec saatlaradək davam edəcək.

Filmlər saat 20.00 da başlayacaq və səhər saat 03.00-dək dənizkənarında açıq səma altında davam edəcək. Biletlərin qiyməti 10 manatdır. Cizgi filmləri üçün və "başqa kinolar" üçün qiymətlər daha az məbləğdə olacaq./fins.az/

MediaFax